08 October 2019

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib - Foto - Video

Milli Şura Bakıda razılaşdırılmış piket keçirib. Piket Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin arasında yerləşən ərazidə keçirilib.

 

50 nəfərin iştirakı ilə keçirilən piketdə Milli Şuraya aksiya keçirilməsi üçün şəhərin mərkəzi ərazilərində yer verilməsi tələb edilib.

 

Azərbaycanda 5G texnologiyasının tətbiq ediləcəyi tarix açıqlanıb

2025-ci ilə qədər MDB ölkələrində 5-ci nəsil kabelsiz mobil texnologiyaya (5G) qoşulanların sayı 54 milyon, mobil rabitə operatoplarının bu sahəyə yatırımları isə 27,3 milyard ABŞ dolları təşkil edəcək.

 

Bu barədə Mobil Rabitə Sistemlərinin Qlobal Asosiasiyasının (GSMA) “Mobil iqtisadiyyat: Rusiya və MDB 2019” adlı araşdırmasında bildirilir. 

 

DİQQƏT! Bu küçələrdə rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xətai rayonu, Səmədbəy Mehmandarov və Yasamal rayonu, Şəfayət Mehdiyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Trend "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək - RƏSMİ

Bu gün Azərbaycanın yeni Baş Naziri təyin ediləcək.

 

Məsələ rəsmi qaydada Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

 

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

 

İclasda daha 13 məsələ də müzakirə ediləcək.