07 October 2019

“Keşikçidağ” Qoruğuna yürüş təşkil edilib

Bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib.

BŞİH Müsavat Partiyasının qurultay keçirməsi üçün yer ayırıb

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün etdiyi müraciəti cavablandırıb.

“Report”un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb, qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Hava şəraiti ilə bağlı SOCAR neftçiləri təxliyə etdi

Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq SOCAR-da təhlükəsizlik tədbirlərini maksimum gücləndirib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, 150 nəfər dənizdə işləyən neftçi iş yerlərindən evakuasiya olunub, zəruri sahələrdə növbətçilik təşkil olunub, vəziyyət nəzarətdə saxlanılır. Bu halın hasilat prosesinə heç bir təsiri yoxdur.

O direktor müəllimləri imza atmağa məcbur edirmiş

13 yaşlı Elina Hacıyevanın intihar etdiyi 162 saylı orta məktəbin keçmiş direktoru, hadisədən sonra təxminən saat yarım ərzində təcili tibbi yardım çağırmayan Sevinc Abbasova ilə bağlı daha bir ilginc məhkəmə işi var.

 

S.Abbasova ondan əvvəl iki il ərzində məktəbin direktoru vəzifəsini icra etmiş təlim-tərbiyə məsələləri üzrə direktor müavini Məlahət Hüseynovadan Bakı şəhər Təhsil İdarəsinə şikayətlər təşkil edib. Bu barədə məhkəmədə dindirilən müəllimlər danışıblar.

 

 

`Azərişıq` baş verəcək güclü küləklə bağlı istehlakçılara xəbərdarlıq edib

“Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz) güclü külək başlayıb və baş verə biləcək elektrik enerjisi kəsintisinin və qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC önləyici tədbirlər görür”.

 

Bunu jurnalistlərə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

Küləyin sürəti 25-30 metr saniyəyədək güclənəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir ki, Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00-dək Şimal Qərb, Şimal küləyinin sürəti 13-18 metr saniyə, arabir 20-23 metr saniyə olacaq.

Belə sürücüləri 50 manat cərimə gözləyir- VİDEO

Görüntülər 2 gün əvvəl Bakı-Sumqayıt yolunda çəkilib. Kadrlardan aydın olur ki, üzü şəhər istiqamətində hərəkət edən və 159 saylı xəttə aid olan avtobusda ciddi nasazlıq var. Bu səbəbdən marşurutdan çıxan qara tüstü ətrafa yayılır.

 

Araşdırma zamanı məlum oldu ki, həmin avtobuslar metronun ''20 Yanvar'' stansiyasından Sulutəpə qəsəbəsinə sərnişin daşıyırlar. Həmin xəttə işləyən sürücülərin dediyinə görə, avtobuslar mütəmadi olaraq texniki qulluqdan keçirilir.