05 October 2019

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, oktyabr ayının 4-də törədilən 18 cinayətin üstü “isti izlər”lə açılıb. 

 

Əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub. 

 

Şəkidə qadın bıçaqlanıb

Bu gün səhər saat 05 radələrində Şəki şəhəri, Qulcana küçəsi ev 25 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusibova sağ qabırğaaltı nahiyənin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

G.Yusibova müayinə zamanı yaşadığı ünvanda yıxıldığını və bu zaman əlində olan bıçaqla xəsarət aldığını bildirib. 

G.Yusibova hazırda müayinə olunur, onun əməliyyat olunacağı bildirilir.

Ermənilər atəşkəs rejimini 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqelərimiz atəşə tutulub.