04 October 2019

Tale Bağırzadə zindandan yazır

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Ədliyyə Nazirliyinin onun xanımı Leyla İsmayılzadə barəsində qaldırılmış cinayət işinə xitam verilməsinə münasibət bildirib. O, deyib ki, Ədliyyə Nazirliyinin işə xitam verilməsini humanist addım kimi təqdim etməsi əslində riyakarlıqdan başqa bir şey deyil: 

Hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıldı

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən, birlik, birləşmə və hissələrdə tədbirlər həyata keçirilir.

“Düdelanj” – “Qarabağ” matçında erməni təxribatı

Avropa Liqasının qrup mərhələsində keçirilən "Düdelanj" - "Qarabağ" matçında xoşagəlməz hadisələr yaşanır.

 

Rakurs.tv "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam klubunun ikinci qolundan sonra meydanda erməni təxribatı baş verib.

 

Belə ki, matçın 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma rejimin "bayrağı" gətirilib.

 

Qarabağdakı separatçılar Lavrova cavab verdi: Əsgərov və Quliyevi verməyəcəklər

Qarabağ separatçıları Ermənistanla Azərbaycanın girov və əsirlərin mübadiləsinə hazırlaşması ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dünənki bəyanatını inkar ediblər.

Belə ki, bu gün Qarabağ "prezidenti"nin köməkçisi David Babayan bəyan edib ki, erməni tərəfi təsadüfən qarşı tərəfə gəlib çıxmış əsirləri və girovları dəyişdirməyə hazırdır.