03 October 2019

Milli Şuraya icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın piket keçirmək müraciətinə cavab verib.

Rakurs.tv-nin verdiyi xəbərə görə, BŞİH məktubunda qeyd edib ki, onların yerləşdiyi inzibati bina ilə Dövlət İqtisad Universitetinin arasında yerləşən yerdə oktyabrın 8-də saat 15-dən 16-dək piket keçirilməsinə etiraz etmirlər.

 

 

Xüsusi xidmət orqanları Qaşıqçının qətlinin təfərrüatlarını açıqlayıb

Türkiyə xüsusi xidmət orqanları jurnalist Camal Qaşıqçının öldürüldüyü Səudiyyə Ərəbistanı konsulluğuna dinləmə cihazı yerləşdiriblər. Həmin cihazlarda cinayət planının hazırlanması və icrası qeyd olunub.

“Report” xəbər verir ki, səs yazısına qulaq asmaq imkanı olan şəxslər “BBC”yə onun məzmunu barədə məlumat veriblər.