02 October 2019

Bakı və Mahaçqala arasında sürət qatarı işləyəcək

Mahaçqala və Bakı arasında Dərbənd vasitəsilə sürət qatarının işə salınması məsələsinə baxılır. Bu, Sankt-Peterburq və Helsinki arasında hərəkət edən yüksək sürətli qatar prinsipi üzrə həyata keçiriləcək. Bu barədə çərşənbə axşamı Dağıstan başçısı Vladimir Vasilyev "Valday" beynəlxalq diskussiya klubunda bildirib.

Şuşanın ən son panoram FOTOSU

Düşmən tapdağı altında olan Şuşanın ən son fotosu yayımlanıb.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, aerofotoçəkiliş zamanı qala-şəhərin mərkəzi hissəsində müəyyən tikinti işlərinin aparılması aydın görünsə də, kənar məhəllələrdə dağıntıların qaldığı aydın sezilir.

Leyla İsmayılzadənin istintaq işi haqda yekun rəsmi qərar açıqlandı

Hacı Tale Bağırzadənin xanımı barədə yekun rəsmi qərar açıqlanıb.

Leyla İsmayılzadənin vəkili Zibeydə Sadıqova Rakurs.TV-yə verdiyi müsahibəsində bu barədə məlumat verib.

Z. Sadıqova deyib ki, onlar bu gün Ədliyyə Nazirliyi İstintaq idarəsində olublar.

Müstəntiq qaldırılmış cinayət işinə xitam verildiyini onlara açıqlayıb.