01 October 2019

Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı təsdiq edib

Rusiya Prezidenti Vladimir Putin Xəzərin hüquqi statusuna dair Konvensiyanı təsdiq edib.

Trend-in məlumatına görə, Konvensiya Xəzərdəki gəmiçiliyə və hövzənin ümumi istifadəsinə dair qaydaları, ərazi suların və balıqçılıq sularının ayırd edilməsi mexanizmini, sualtı boru kəmərləri və naqillərin çəkilməsi şərtlərini və s. təsbit edir.