09 September 2019

Hakim partiyanın təsisçilərindən biri hakimiyyətin müxalifətin bir hissəsini öz tərəfinə çəkdiyini etiraf edib

"Düşmən içəriyə giribsə, gec ya tez düşmənçiliyini göstərəcək. Çünki o, sadəcə düşmən deyil, xəstədir". Bir sıra yerli KİV-lərin məlumatına görə, bu barədə hakim Yeni Azərbaycan Partiyasının təsisçilərindən biri, parlamentin deputatı Eldar İbrahimov bildirib.

İbrahimov hesab edir ki, Azərbaycan hakimiyyəti "xarici qüvvələrə işləyən" bütün müxalifəti "ala" bilərdi.

Yeni nazir 3 rəisi vəzifəsindən azad etdi

Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

 

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

 

"Masallı işi"nin məhbus dindarlarından iki nəfər azad olundu - FOTO

"Masallı işi"nin həbsdəki dindarlarından iki nəfər azad olunub.

Rakurs.tv "islamazeri.com"a istinadən xəbər verir ki, 7 il əvvəl həbs olunan "Masallı işi" ilə bağlı həbs olunan və 7 ildir məhbusluq həyatı yaşayan dindarlarından iki dindar: Ziya Tahirov 5-saylı CCM-dən və Rza Ağalı isə 17 saylı CÇM-dən azad olunublar.

Onların həbs müddəti bitdikdən sonra bu gün azadlığa çıxıblar.

İŞİD-ə pul göndərməkdə ittiham olunan Azərbaycan vətəndaşlarının məhkəməsi keçirilir

İttiham aktında yarım milyon manata yaxın puldan danışılır

Bakı Ağır Cinayətlər Məhkəməsində pul toplayıb Suriyada döyüşlərdə iştirak edən BMT-nin terror təşkilatı kimi tanıdığı “İraq-Şam İslam Dövləti” (İŞİD) adlı təşkilata pul göndərməkdə ittiham olunan üç Azərbaycan vətəndaşı ilə bağlı proses keçirilir.

“Azadlıq Radiosunun” məlumatına görə, təqsirləndirilən şəxslər Sahil İbrahimov, Namiq Məmmədov və İlqar Ağayevdir.

Livan sərhəddini keçən İsrail dronu məhv edilib

"Hizbullah" sözcüsü Livanın cənubundakı Ramiya sərhəd məntəqəsi yaxınlığında İsrailə məxsus Pilotsuz Uçuş Aparatı vurduqlarını bəyan edib. Bu barədə Livan kanalı xəbər verib.

 

"İsrail təyyarəsi cənubdakı Ramiya qəsəbəsi yaxınlığında vurulub. Hazırda o, müqavimət qüvvələrinin əlindədir" deyə kanal bildirir.

 

Hizbullah sözcüsü vurğulayıb ki, pilotsuz təyyarə sərhədi keçərək Livana keçdikdən sonra məhv edilib.

Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu başlanılır

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Sentyabrın 10-u polis gücləndirilmiş iş rejimində çalışacaq

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

 

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.

 

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq:

 

5 yaşadək uşaqların 24 faizində anemiya var

Azərbaycanda 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı, 24,2 faizində anemiya var.

 

Bunu Avropa və Mərkəzi Asiyada mikronutriyentlərin çatışmazlığının qarşısını almaq üçün unun zənginləşdirilməsi işinin planlaşdırılması, icrası və monitorinqi üzrə seminarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.