07 September 2019

Mərkəzi Seçki Komissiyası hazırlıq işlərini yekunlaşdırır - kimlər namizəd ola bilməz?

Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçki Məcəlləsinə görə, bələdiyyə seçkiləri kampaniyasının başlanmasını Mərkəzi Seçki Komissiyası təyin edir. Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq azı 60 gün əvvəl bələdiyyələrə seçkilər təyin edilməlidir. Seçki kampaniyasına oktyabrın 28-də start veriləcəyi gözlənilir.