06 September 2019

Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı kommunikasiya ilin sonunadək yekunlaşacaq

Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam edir. Kommunikasiyanın bu ilin sonunadək yekunlaşması gözlənilir.

Bunu Trend-ə Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Aşura günü 33 yerdə qanvermə aksiyası keçiriləcək - SİYAHI

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyi bəyan edib.

Nazirliyin məlumatına görə, aksiyalar 25 məscid və ziarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək. 

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.

DİM-dən "Report"a bildirilib ki, buraxılış imtahanları Bakı və Gəncə şəhərlərində təşkil olunacaq.