05 September 2019

Prokuror "Gəncə işi"nin fiqurantlarından ibarət növbəti qrup üçün cəza təklif edib

"Gəncə işi" üzrə ittiham olunan növbəti qrupun işi üzrə bugünki prosesdə dövlət ittihamçısının son çıxışı olub.

Prokuror Bəkrəm Əliyevin 16 il, Həbib Qurbanovun 15 il, Mirzə Hüseynovun 8 il, Asif Cavadovun 7 il, Elmir Hüseynzadənin 7 il, Şahin Verdiyevin 6 il, Vüqar Yusifovun 6 il, yetkinlik yaşına çatmamış Emil Məmmədovun islah-tərbiyə müəssisəsinə yerləşdirilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təhsil Nazirliyi 1 193 tələbənin köçürülməsinə icazə verib

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə və təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Bakıda `Azərbaycanın olmadığı` qlobuslar satılır - FOTO

Bakıdakı bəzi ticarət mərkəzlərində Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə həqarət olunan qlobuslar satılır.

 

Belə ki, bəzi qlobuslarda Azərbaycan ərazisi ya yarımçıq göstərilib, ya da ümumiyyətlə əksini tapmayıb. Qlobusların birində işğal altındakı ərazilərimiz də gözə dəymir. Çin istehsalı olan qlobusların birində isə bölgə ölkələri, o cümlədən Gürcüstan və Ermənistanın adı, həmçinin xəritəsi əksini tapsa da, Azərbaycan “yaddan çıxarılıb”.

 

`Google` yeni `Android 10` buraxdı

"Google" rəsmi olaraq "Android"in yenilənmiş onuncu versiyasını buraxıb.

 

Yeniliklər interfeysin dizaynını, təhlükəsizliyi və bəzi əlavə funksiyaları əhatə edir.

 

Belə ki, "Tez cavab" funksiyası messajda göndərilən linkə ani keçid etməyə yardım edir.

 

Yeniliklərdən ən çox çərçivəsiz telefonların sahibləri yararlana biləcək.

Bu il Bakıda 414 mindən çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq.

İdarədən Trend-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.