02 September 2019

“Gənc oğlum xəstəxana dəhlizində xərəkdə can verdi, həkimlər yaxın durmadı”

Mərhum Kamran Ələsgərovun ailə üzvləri həkimlərin cəzalandırılmasını tələb edir “Gənc oğlum həkim məsuliyyətsizliyinin qurbanı olub. Hadisədən bir aydan çox vaxt keçib, ancaq həkimlər cəzasız qalıb, hələ də öz vəzifələrini davam etdirirlər”.

 

Qusar rayonu, Hil kəndinin sakini Sonaxanım Ələsgərova Meydan TV-yə danışır ki, iyunun 26-da 26 yaşlı oğlu Kamran həyətdəki ağacdan yıxılaraq xəsarət alıb. Vəziyyəti ağır olduğundan onu Bakıdakı xəstəxanalardan birinə götürərək əməliyyat ediblər.

 

Amazonda meşələrin qırılması qlobal istiləşməyə gətirir

Braziliyanın Serrado bölgəsində meşələrin qırılması 50 km ətrafda  temperaturun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Avstraliya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu bu açıqlama ilə çıxış ediblər. 

 

Tədqiqatçılar meşə örtüyünün vəziyyətini izləmək üçün bölgənin 2000-ci ildən 2015-ci ilədək olan peyk fotolarını təhlil etmiş, həmçinin temperaturun dəyişməsini müşahidə edən məlumatlardan istifadə etmişlər. Alınan nəticələr alimlər üçün sürpriz olub.

 

Azərbaycanda körpələrə Mamabikə adı qoymaq istədilər

“Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.

 

Bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

 

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb

Bakı sakinini bıçaqlayaraq öldürən 3 nəfər saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 31-də Bakı şəhər sakini Fərid Məmmədzadənin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub. Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

Bakı polisinə `Torqovıy` küçəsi ilə bağlı xüsusi tapşırıq verildi

Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.

 

Bu barədə idarənin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.