09 August 2019

Güclü yağış Bakıda nəqliyyatı iflic edib

Səhər saatlarından başlayaraq paytaxt Bakıya yağmağa başlayan güclü yağış fəsadlar törədib.

 

Rakurs.tv xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb.

 

Yolların su basması maşınların hərəkətini çətinləşdirib ki, bu da tıxaclara səbəb olub.