08 August 2019

Azərbaycan Bolqarıstana nota verib

Bolqarıstan parlmentinin üzvləri Valeri Simeonov və Yordan Apostolovun bu ilin 6-7 avqust tarixlərində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfəri və burada qondarma separatçı rejimin “nümayəndələri” ilə keçirdikləri görüşlərlə bağlı Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən etiraz notası Bolqarıstan Xarici İşlər Nazirliyində keçirilmiş görüş zamanı qarşı tərəfin diqqətinə çatdırılıb.

Elina Hacıyevanın ailəsinin məktəb direktoru ilə bağlı şikayəti təmin olunmadı

Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə E.Hacıyevanın ailəsinin 162 nömrəli məktəbin direktoru Sevinc Abbasova haqqında həbs qərarı seçilməsi üçün verilən şikayətə baxılıb. Qısa sürən müşavirədən sonra şikayətin təmin olunmadığı elan olunub.

Atambayev girov götürülmüş xüsusi təyinatlıları buraxacağını vəd etdi

Qırğızıstanın eks prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı tərəfdarlarının girov götürdüyü şəxsləri azad edəcəklərini bildirib.

Trend-in məlumatına görə, sabiq prezident artıq onların bəzilərinin azad edildiyini qeyd edib.