06 August 2019

Azərbaycanda həkim baş həkimi iş otağında bıçaqladı

Sumqayıt şəhərində klinikalardan birində həkim baş həkimi iş otağında bıçaqlayıb. Hadisə saat 17:00 radələrində şəhərinin 1-ci mikrorayonunda yerləşən “Sum Modern Dental Clinic”də baş verib. Klinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında düşən mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib.

Avstraliya XİN: Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımırıq

Avstraliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Bunu özəl olaraq Trend-ə Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyindən Avstraliyanın bəzi rəsmilərinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz qondarma rejimin “nümayəndələri” ilə görüşməsini şərh edərkən qeyd ediblər.