11 July 2019

Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə yenə təxirə salındı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə Ali Məhkəmədə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, hakim Əziz Seyidovun sədrlik etdiyi proses baş tutmayıb.