06 July 2019

Hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb

Bu gün hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə getmişlər.

Azərbaycan Sakit Okean Alyansında müşahidəçi statusu alıb

Sakit Okean Alyansının (SOA) Limada keçirilən 14-cü sammitində Azərbaycan yekdilliklə təşkilatda müşahidəçi statusu alıb. Bu barədə Azərbaycan XİN mətbuat xidməti bildirib.

XİN rəhbəri Elmar Məmmədyarov buna görə təşəkkürünü bildirib və Azərbaycanın Alyansa üzv ölkələr ilə siyasi-iqtisadi əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Sabah 35 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.