02 July 2019

Fuad Abbasov: Mənim deportasiya olunmağım sifarişli idi - Foto

Rusiya Federasiyasında saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün mətbuat konfransı keçirib.

 

Rakurs.tv-nin məlumatına görə, konfransda çıxış edən Fuad Abbasov bildirib ki, Rusiyada onun başına gələnlər, saxlanılmağı, məhkəməyə aparılmağı və deportasiya olunmağı sifarişli olub:

 

 

Havanın temperaturu yüksəlir

İyulun 3-də Bakıda və Abşeronda yağıntı olmayacaq. Cənub küləyi əsəcək, havanın temperaturu gündüz +32 dərəcə olacaq. Gecə +18+23 dərəcə olacaq.

Ölkə rayonlarında da yağıntı gözlənilmir. Qərb küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gündüz +31+36, dağlarda +23 dərəcə olacaq. 

SOCAR-ın İzmirdəki limanında partlayış: 1 ölü, 15 yaralı var

Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda SOCAR-a məxsus Petkim limanında İtaliya bayrağı altında üzən gəmidə partlayış baş verib. Bu barədə "DHA" məlumat yayıb.

Hadisə gəmiyə yanacaq doldurulan zaman baş verib. Partlayışdan sonra yanğın qeydə alınıb.

Gəmidəki 1 ekipaj üzvünün həyatını itirdiyi, digər 15 nəfərin isə xəsarət aldığı bildirilir.

Avropa İttifaqı Şurasına sədrlik bu ölkəyə keçdi

Avropa İttifaqı Şurasının sədrliyi Rumıniyadan Finlandiyaya keçib.

Modern.az xarici mediaya istinadən xəbər verilir ki, Finlandiya bu ilin dekabrın 31-nə kimi Avropa İttifaqı Şurasına sədrlik edəcək. 

Məlumata görə, Finlandiyanın gündəmində olan əsas məsələlərdən biri iqlim dəyişikliyidir. Finlandiya zərərli qazların emissiyasının azaldılmasına yönələn layihələrə 500 000 avro ayırmaq niyyətindədir.