01 July 2019

Tarixdə iz qoyanlar: Bir generalın şərəfli ömrü...

“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

Dünənki imtahanların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2019-cu il iyunun 30-da keçirilən imtahanların nəticələrini elan edib.

Rakurs.tv xəbər verir kiDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il iyunun 30-da aşağıdakı imtahanlar keçirilmişdi:
 

– ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;

Energetika naziri: “Rusiya neft hasilatını öhdəliyindən 50 min barel çox azaldıb”

Rusiya iyun ayında OPEC+ razılaşması çərçivəsində gündəlik neft hasilatını 278 min barel azaldıb.

Rakurs.tv-nin Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bu göstərici sazişdə nəzərdə tutulan öhdəlikdən 50 min barel artıqdır.

Hökumət Dövlət Komitəsinə 2 il ərzində mənzil və evlərin sənədləşdirilməsini tamamlamağı tapşırıb

Azərbaycanda 2019-2020-ci illərdə yaşayış sahələrinin sənədləşmələrinin tamamlanması istiqamətində tədbirlər həyata keçiriləcək.

Rakurs.tv-nin məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019–2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.