12 June 2019

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Əbülfəz Bünyadovun məhkəməsi keçirildi

Bu gün Ali Məhkəmə siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

 

Operativ.tv xəbər verir ki, işə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Ə.Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.

 

Azərbaycan Trans-Sibir dəmir yolu xəttinə qoşulacaq

Rusiya Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə, oradan da Avropaya çatdırılma məqsədi ilə yük daşımalarının, o cümlədən konteyner daşımalarının bir hissəsini Trans-Sibir dəmir yolu xəttinə keçirməyi planlaşdırır.

Bu barədə "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin müsahibəsində bildirib.