10 June 2019

Təhsil Nazirliyi: Bu il XI sinfi 80 mindən çox şagird bitirəcək

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

 

Bu barədə Təhsil Nazirliyindən bildirilib. 

 

Məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

 

İran XİN-dən Şuşada məscid ilə bağlı açıqlama

İran “Part Saman Cahan” adlı yerli şirkətin Şuşa şəhərindəki “Gövhərağa” məscidinin bərpası işləri ilə məşğul olacağından məlumatsızdır.

 

Bu barədə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi deyib. “Bizdə “Gövhərağa” məscidinin bərpa işlərinin İran şirkəti tərəfində həyata keçiriləcəyinə dair məlumat yoxdur”, - deyə XİN rəsmisi bildirib.

 

DİN: Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

Həftəsonu daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-dən 10-dək respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.

 

Avropanın mərkəzində vandalizm, iki məscidə hücum edildi- FOTO

Almaniyada həftə sonu iki fərqli məscidə hücum edilib.

 

Məlumata görə, Almaniyanın Bremen şəhərindəki "Rəhman" məscidində təxminən 50 Quran cırılıb, Kasseldəki məscidə isə daşlarla hücum edilib.

 

Kassel şəhərindəki məscidin imamı verdiyi açıqlama zamanı bildirib ki, camaat namazı zamanı məscidə daşla hücum edilib.

 

Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.

Jurnalist İvan Qolunova qarşı narkotik ittihamı irəli sürülüb

Dünən Nikulinskiy məhkəməsi Latviyada fəaliyyət göstərən rusdilli media “Meduza”nın əməkdaşı, araşdırmaçı jurnalist İvan Qolunov barədə ittiham irəli sürüb.

Jurnalist narkotik maddələri hazırlamaq və satmaqda ittiham edilir. İttiham təsdiqini taparsa, İvan Qolunovu 10 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

The Bell-in məhkəmə zalında olan müxbirinin məlumatına görə, İvanın polis bölməsində halı pisləşib, lakin həkimləri onun yanına buraxmayıblar.