08 June 2019

KTN: Ölkədə barama tədarükü davam edir, 99,33 ton yaş barama təhvil verildi

Respublika üzrə yaş barama tədarükü davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 8-dək kümçülər tərəfindən “Azəripək” MMC-yə 99,33 ton yaş barama təhvil verilib. Ən çox yaş barama təhvili iyunun 7-də qeydə alınıb. Qeyd olunan tarixdə kümçülər ümumilikdə 31,49 ton yaş barama təhvil veriblər.

Ermənistan silahlı qüvvələri atəşkəsi 19 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.