05 June 2019

Ali Məhkəmə AXCP fəalının cəzasının 6 ildən 3 ilə endirilməsi barədə qərar verdi - Video

İyunun 4-də Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə Orxan Baxışlının özü və vəkili Elçin Sadıqov, dövlət ittihamçısı Cövdət Mehrəliyev, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.