03 June 2019

Azərbaycan AŞPA-nın komitə iclasında təmsil olunacaq

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfər edəcək.

 

Rakurs.tv-nin məlumatına görə, millət vəkili iclasda çıxış edərək fikirlərini səsləndirəcək.

 

AZAL `Boeing 737 MAX 8` təyyarələrindən imtina edib

"Azərbaycan Hava Yolları" (AZAL) “Boeing” korporasiyasına sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin alınmasından imtina edib.

 

Bunu açıqlamasında AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

 

Onun sözlərinə görə, AZAL artıq bu barədə "Boeing" korporasiyasını xəbərdar edib.