15 May 2019

İki məhkəmə hakimi işdən çıxarılıb

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

“Report”un xəbərinə görə, iclasda qeyd edilib ki, məhkəmələrdə monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular yerində dərhal aradan qaldırılıb, daha kobud nöqsanlara yol vermiş 2 hakim barədə intizam icraatı başlanılıb.