13 May 2019

Azərişığın xəbərdarlıq etmədən enerjini dayandırması Bakının bir hissəsini internetsiz qoyub

"Azərişıq" ASC xəbərdarlıq etmədən Mayın 13-də saat 11:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb. Bu barədə həmin ərazidə yaşayan sakinlər məlumat verib.
 

Bu il 13 mitinqə icazə verilməyib

2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti yalnız bir aksiyanı sanksiyalaşdırıb. Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) mitinq keçirib. Həmin aksiyada siyasi məhbuslara azadlıq tələb olunub, sosial tələblər irəli sürülüb.

XİN: Böyük Britaniyanın Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil

UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycana aid səyahət tövsiyələri anlaşılan deyil və təəccüb doğurur.

Operativ.tv-nin məlumatına görə, bunu Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yayılan tövsiyələri şərh edərkən deyib.

Gəmidə baş vermiş yanğın nəticəsində xəsarət alanlardan biri ölüb

İsrafil Hüseynov borudüzən gəmisində baş vermiş partlayış və yanğın nəticəsində xəsarət alan 14 nəfərdən biri ölüb. Bu barədə gəmini icarəyə götürmüş "Saipem" şikəti məlumat yayıb.

"Saipem" təəssüflə bildirir ki, ağır vəziyyətdə olan zərərçəkənlərdən biri bu gün Fransada xəstəxanada vəfat edib", -məlumatda deyilir.

Digər zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur.

İqtisadçı rus dilinə dövlət pulunu kəsməyə çağırır

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu rusca təhsil alanlara büdcədən vəsait ayrılmasına qarşı çıxıb. Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır: “Təhsil Nazirliyi bildirir ki, Azərbaycanda 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. 342 məktəbdə 120 mindən çox şagird rus dilində oxuyur, 16 məktəbdə dərslər yalnız rus dilində keçilir.

Yaxşı başın var, heyif, ən çox futbola sərf etmisən - Mövqe

“Liverpul”un baş məşqçisi, Almaniyada çox təsirli bir fiqur olan Mr Yurgen Kloppun Avropa Liqasının final görüşünün Bakıda keçirilməsinə münasibəti ilə tanış olduqdan sonra onun barəsində “Yaxşı başın var, heyif ən çox futbola sərf etmisən” deyəsi oldum.

 

Hər hansı bir kəsin fikirlərində həqiqətlər ola bilər, amma, nə zaman, bəzən kim tərəfindən və hansı şəraitdə deyilməsi çox böyük əhəmiyyət kəsb edir.