11 May 2019

Gəncə hadisələrinə görə həbs olunan xərçəng xəstəsinin ölüm ayağında olduğu deyilir

Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun xanımı Məhbubə Qurbanovanın vetenugrunda.az-a verdiyi xəbərə görə, o, hazırda Müalicə Mərkəzinə köçürülüb: "Uzun müddət mədəsindən qanaxmalar baş verdiyindən çox zəifləyib. Həftədə bir dəfə qan köçürülür. Amma bir həftədən çoxdur ki qida qəbul edə bilmir. Mən onu həbs ediləndən sonra ilk dəfə görürdüm. O qədər zəifləyib ki, tanınmaz hala düşüb. 10 aydır Aydının üzünü görmürdüm.

 

 

Gəmi yanğınında yaralanan işçilər xaricə göndərilir

Mayın 8-də axşam saatlarında Xəzər dənizində “İsrafil Hüseynov” borudüzən gəmisində baş verən yanğın nəticəsində xəsarət alan “Saipem” şirkətinin 11 əməkdaşı (o cümlədən Azərbaycan vətəndaşları) Medevac - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə Turkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına göndəriləcək.