07 May 2019

Nazirlik Xətaidə qanunsuz ağac kəsintisi ilə bağlı sənədləri prokurorluğa göndərib

Xətai rayonu, M.Hadi küçəsi, 93/99 ünvanında ağacların icazəsiz köçürülməsi və kəsilməsi faktı cinayət tərkibi yaratdığından torpaq mülkiyyətçisi Həzrət Temirov barəsində toplanan araşdırma materialları qanunamüvafiq tədbirlərin görülməsi üçün Baş Prokurorluğa göndərilib.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

 

Kasilyas evə buraxıldı - FOTO

Mayın 1-də məşq zamanı infrakt keçirdiyi üçün xəstəxanaya yerləşdirilən "Portu"nun qapıçısı İker Kasilyas evə buraxılıb.

 

Müalicəsini tamamlayan ispaniyalı futbolçu açıqlamasında bunları deyib: "Mənə göstərilən sevgiyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Hamının başına gələ biləcək hadisə bir neçə gün əvvəl mənə oldu. İndi bir neçə həftə və ya ay gözləmək lazımdır. Gələcəkdə nə baş verəcəyimi bilmirəm, ən önəmlisi indi burda olmaq və rahatca danışa bilməkdir".

`Azərbaycan səfirliyində yanğın xəbəri dezinformasiyadır`

TASS agentliyi Azərbaycanın Rusiyadakı səfirliyinin binasında yanğın baş verməsi haqqında xəbər yayıb.

 

Məlumata görə, Moskvanın mərkəzində yerləşən səfirlik binasında yanğının söndürülməsinə bir neçə yanğınsöndürən briqada cəlb edilib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu xəbəri təkzib edib:

 

Elçin Quliyev gürcüstanlı həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə edib

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib. 

 

“Gəncə işi” üzrə həbs olunanlardan üçü aclıq aksiyasına başlayıb

"Gəncə işi" üzrə həbs olunanlardan üçü - Səbuhi Rəcəbov, Gülmirzə Nuruzadə və Eyruz Hacıyev aclıq aksiyasına başlayıblar.

 

Bu barədə onların yaxınları bildiriblər.

 

Onlar qanunsuz həbsə, işgəncələrə məruz qalmalarına və ədalətsiz istintaqa etiraz edirlər. Həbs olunanlar bildiriblər ki, hüquqlarının bərpası tələbilə müddətsiz aksiya keçirəcəklər.

 

Turan İA

Türkiyə Yüksək Seçki Şurası İstanbul bələdiyyə sədrliyinə seçkinin nəticəsini ləğv edib

Türkiyə Yüksək Seçki Şurası İstanbulda bələdiyyə sədrliyinə seçkinin nəticəsini ləğv edib.Bununla bağlı qərar iqtidardakı Adalet ve Kalkınma Partiyasının (AKP) aprelin 20-də etdiyi şikayətə əsaslanaraq qəbul edilib.Yüksək Seçki Şurasının 11 üzvündən 7-si İstanbul bələdiyyə sədri seçkisinin ləğv edilməsinin lehinə, 4-ü isə əleyhinə səs verib.Yüksək Seçki Şurasının iqtidar partiyasının şikayətində hansı motivləri haqlı gördüyünə dair heç bir məlumat verilməyib.Yüksək Seçki Şurasının qərarının Şuranın AKP-li üzvünün sosial media hesabından açıqlanmasından sonra bəl