03 May 2019

Jurnalistlər stop-a stop! dedilər - Foto

Ölkədən çıxışına yasaq qoyulan bir qrup jurnalist 3 May Ümumdünya Media Azadlığı Günü münasibətilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası önündə etiraz aksiyası keçiriblər.

 

Rakurs.tv xüsusi müxbirinin verdiyi məlumata görə, jurnalistlər ölkədən çıxışlarına qoyulan yasağa etiraz ediblər və bunu qanunsuz adlandırıblar.

 

3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür

Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

Məktəb çantalarının ağırlığı problemini həll etmək üçün YENİ TƏKLİF

Azərbaycanda şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunması təklif edilir.

Bu təşəbbüslə Milli Məclisin deputatı Aydın Mirzəzadə "Məktəblinin dostları" layihəsinin hesabat tədbirində çıxış edib.