01 May 2019

`Vaqif` dramında Şah Qacara yanaşma düzgün olmayıb`

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA-nın Ümumi yığıncağında Xalq şairi Səməd Vurğunun "Vaqif" dramında Ağa Məhəmməd Şah Qacara yanaşmanın düzgün olmadığını bildirib.

 

A.Əlizadə dramı oxuduğunu bildirərək qeyd edib ki, əsərdə Ağa Məhəmməd şah Qacar hiddətlənərək Molla Pənah Vaqifin arxasınca "Aparın, aparın onu zindana, göz dağı çəkdirin Azərbaycana" deyir:

 

Maduro Venesuelanın Milli Kəşfiyyat rəhbərini dəyişdi

Venesuela prezidenti  Nikolas Maduro Milli Kəşfiyyat İdarəsinin rəhbərini dəyişib. Belə ki, Bolivar Milli Kəşfiyyat Xidmətinin (SEBIN) yeni baş direktoru Qustavo Qonsales Lopes oldu. Bu barədə ölkə lideri Venezolana de TV mili televiziyasının efirində bəyan edib.

 

Qeyd edək ki, bu, ölkə başçısının Xuan Quaydonun rəhbərliyi ilə müxalifətin hərbi çevrilişə cəhd etməsindən sonra ilk çıxışıdır.

DİQQƏT! Bu yollarda xətlənmə işləri aparılır

Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən FaktXəbər-ə verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.