15 April 2019

Prezident vəkilliyə imtahanla bağlı məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan qanunu imzalayıb

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Rakurs.tv “Report”a istinadən xəbər verir ki, sənədə əsasən, vəkil olmaq istəyən şəxslər yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin şəxslərə yenidən ixtisas imtahanında iştirak etmək imkanı veriləcək.

Bakıda “Pablo Eskobar” və şəbəkəsi ifşa edildi - FOTOLAR

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri aşkar edilərək məsuliyyətə cəlb ediliblər.

 

Bu haqda Daxili İşlər Nazirliyindən bildirilib.

 

Belə ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı paytaxt sakini Kənan Cavadov rayon ərazisində bir neçə mənzildən məişət, elektronika. qızıl-zinət əşyaları və pul oğurlamaqda şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb.

 

ETSN: Gün ərzində paytaxtda duman müşahidə olunacaq

“Gün ərazisində paytaxtda duman müşahidə olunacaq, arabir çəkilərək yenidən sıxlaşacaq”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, aprelin 16-da gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi ərazilərində zəif duman olunacağı istisna olunmur.

 

Həftə sonu yol qəzalarında 7 nəfər ölüb

Aprel ayının 13-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 52 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Ali təhsil müəssisələrinə ərizə qəbulu başa çatır

Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

 

Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

 

Dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün “TC-1” markalı yanacaq, o cümlədən “KO-20” markalı kerosin və “KT-2” markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

 

Azərbaycan idmançısı dopinqə görə 8 illik cəza alıb

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verən Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayevin cəza müddətini açıqlanıb.

 

Rakurs.tv-nin qurumun rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa və ikiqat dünya çempionunu 8 illik cəzalandırıb. Onun orqanizmində dehidroxlormetiltestosteron, oksandrolon və stanozolol preparatları aşkarlanıb.