13 April 2019

Elina Hacıyevaya görə keçirilən anım mərasiminə polis müdaxilə etdi - Fotolar

Aprelin 13-də bir qrup gənc "Məktəblərdə zorakılığa son!" Azərbaycanın Təhsil sistemində baş verən zorakılıqlara və eləcə də Elinanın ölümünə diqqət çəkmək məqsədilə 162 saylı məktəbin qarşısında anım tədbiri keçirməyə cəhd ediblər. Lakin polislər gənclərin dinc ziyarətinə müdaxilə edərək onları məktəbin qarşısından uzaqlaşdırıblar.

Qiyas İbrahimov universitetdə təhsilini davam etdirə bilmir

Təhsil hüququ Azərbaycan Konstitusiyasında təsbit edilib, bu barədə "Təhsil haqqında" qanunda da deyilir. Lakn bu ilin martında prezident İlham Əliyevin əfvilə azad edilmiş Qiyas İbrahimov təhsilini davam etdirə bilmir.

Qiyasın sözlərinə görə, 2016-cı ilin mayında onu həbs edəndə Slavyan Universitetinin dördüncü kurs tələbəsi olub.