12 April 2019

Qazaxıstan prezidenti öz portretlərinə qarşı çıxıb

Qazaxıstan prezidentri  Kasım-Jomart Tokayev öz portretlərin bilbordlarda yerləşdirilməsinə qarşı çıxıb. Bu barədə "RİA Novosti" agentliyi yazıb. 

"Mənə xəbər veriblər ki, Aktau şəhərində portretimlə 14 bilbord yerləşdirilib. Hesab edirəm ki, bu çox yersiz hərəkətdir. Mənim belə təbliğata ehtiyacım yoxdur", - deyə o, vurğulayıb. 

Bu il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 27,7 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2019-cu ilin birinci rübü ərzində də davam edib.

DSMF-dən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,7 faiz (və ya 276 mln. manat) artaraq 1276,8 mln. manat olub.