11 April 2019

"Qaçqınkom" un eks-məmuru haqda cinayət işi açıldı

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb.

Hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

Arlem Dezir Mehman Hüseynovun xaricə səfərlərinə qoyulan qadağının ləğvinə çağırıb

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir bloger, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun xaricə səfərinə qoyulan qadağını pisləyib.

O, Azərbaycan hakimiyyətini bu məhdudiyyəti aradan qaldırmağa çağırıb.