08 April 2019

Banka borcu ödəyən zaminlər kompensasiya ala biləcəkmi?

''Ola bilsin kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq''

“2014-cü ilin axırı idi. Qardaşım nəvəsinin əməliyyatına pul lazım idi. Atası banklardan birinə müraciət etdi. Mən Bakı qeydiyyatında olduğum üçün zamin durmağa razı oldum. Sonra devalvasiyalar oldu, borcumuz arta-arta getdi” – deyir, Bakı sakini Gülnarə Mehtiyeva.

AŞPA əfv sərəncamını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA)-da Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçisi Stefan Şenak Prezident İlham Əliyevin martın 16-da Novruz bayramı münasibətilə imzaladığı əfv sərəncamını alqışlayıb. 

 

O, belə bir bəyanatla AŞPA-nın bu gün Strasburqda işə başlayan yaz sessiyasında çıxış edib. 

 

O, Azərbaycanda məhbusların azadlığa buraxılmasını yüksək qiymətləndirdiyini bildirib.

 

Milli Şura və Qarabağ Komitəsi eyni məkan, gün və saatda mitinq təyin edib

Milli Şura və Qarabağ Komitəsi eyni məkan, eyni gün və eyni saata mitinq təyin edib.

 

Milli Şura və Qarabağ Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ayrı-ayrı etdikləri müraciətlərdə aprelin 20-si saat 15:00-dan 17:00-dək Yasamal rayonu ərazisində yerləşən "İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirmək arzusu ifadə olunub.

 

BŞİH-in müraciətlərə gələn həftə cavab verəcəyi gözlənilir.(Report)

Müdafiə Nazirliyi: “Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”

“Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”.

Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Modern.az-a bildirib.

“Elina pozğun ailənin uşağıdır” - Direktorun səs yazısı tənqid olundu

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Rakurs.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktor bir neçə gün öncə intihar etmiş məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı açıqlamasında şagirdin ailəsi haqqında təhqiramiz ifadələr işlədib.

`Qaz və işığın limitinə yenidən baxılmalıdır` - DEPUTAT

Hələlik ilin 3 ayını geridə qoymağımıza baxmayaraq, bir çox abonentlər artıq qazla bağlı tətbiq edilən 1700 kubmetrlik limiti bitirib.

 

Bunu sosial şəbəkələrdə aparılan müzakirələrdən və narazı rəylərdən də aydın görmək mümkündür.

 

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, qaz və işıq limitilə bağlı davamlı şikayətlər alır:

 

UNICEF rəsmisi şagirdin intihar etməsi ilə bağlı açıqlama verib

"On dörd yaşlı Elinanın ötən həftəsonu boyunca çox sayda insanların emosiyalarını tarıma çəkən faciəvi taleyi bizə xatırladır ki, mənim rəhbərlik etdiyim təşkilat da daxil olmaqla, biz hamımız həssas uşaqlar üçün müdafiə və dəstək imkanlarının təmin edilməsini artırmaq üçün daha çox şey etməliyik". 

 

Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvard özünün sosial şəbəkədəki hesabında yazıb.

 

Hacı Əliyev və daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

Daha bir güləşçimiz Avropa çempionatında erməni güləşçidən üstün olub. 70 kq çəki dərəcəsində də Ağahüseyn Mustafayev 1/4 finalda David Safaryanla qarşılaşıb.

 

İdmançımız rəqibinə 12:2 hesabı ilə vaxtından erkən qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

 

14:34

 

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

Aprelin 15-də qızdırıcıların işi dayandırılacaq - XƏBƏRDARLIQ!

Aprelin 15-də 2018/2019-cu il üçün istilik mövsümü başa çatır. "Azəristiliktəchizat" ASC Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevin verdiyi məlumata görə, istilik mövsümünün vaxtından əvvəl bitirilməsi nəzərdə tutulmur.

 

Rafiq Əliyev qeyd edib ki, borclu olan dövlət qurumları, hüquqi və fiziki şəxslərin ödənişlərilə bağlı problem mövcud deyil:

 

MTRŞ: Rüfət Axundov mətbuata təqdim etdiyi görüntüləri özü montaj edib

“Space TV-də “Hər səhər” verilişində Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Bu, verilişin 09.52 və 09.53-cü dəqiqəsində qeydə alınıb”.

 

Bunu “Report”a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev deyib.

 

O qeyd edib ki, R.Axundovun özünə bəraət qazandırmaq üçün mətbuata təqdim etdiyi görüntüləri isə özü montaj edib.

 

Rafiq Əliyevin adı 1,6 milyon dollarlıq dələduzluqda hallandı

Bakıda “İrşad” otelini tanımayan yoxdur. Şəhərin mərkəzindəki bu xudmani mehmanxana xüsusilə ərəb ölkələrindən gəlmiş turistlərin sevimli məkanıdır. Ola bilsin ki, burada həmin otelin sahibinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keşmiş sədri, məşhur ilahiyyatçı alim Rafiq Əliyevin olması da öz sözünü deyir. Əvvəllər söz-söhbət gəzirdi ki, otel bu sahənin ölkədə inkişafı üçün nəzərdə tutulmuş pullara tikilib. Lakin bu əhvalatın təfərrüatları ictimaiyyətə məlum deyildi.

Almaniya hərbi təyyarələrinin Azərbaycan üzərindən uçuşuna icazə verilmədi

Almaniya Bundesverinin hərbi qulluqçuları Əfqanıstana uçmaq üçün Almaniya Federativ respublikasının silahlı qüvvələrinin təyyarələrindən istifadə edə bilmir. Və Amerikanın C-17 hərbi-nəqliyyat təyyarələrindən  istifadə etməyə məcburdur. Səbəb isə budur ki, Azərbaycan hava məkanını Almaniya hərbi təyyarələrinə bağlayıb.

Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ yaxın günlərdə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının I mərhələsini keçirib.

 

DİM-dən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.