04 April 2019

Moqerini Əliyevlə Paşinyanın Vyanada görüşündən danışıb

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyanada keçirilən görüşünün nəticələri irəliləyişə ümid verir. FaktXəbər "TASS"a istinadən bildirir ki. bu barədə cümə axşamı Brüsseldə Avropa İttifaqı-Azərbaycan Assosiasiyası Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Federika Moqerini danışıb.

Azərbaycan bal istehsalını artıracaq

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara subsidiyaların verilməsindən sonra bal istehsalında artım müşahidə olunur. Bunu Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov deyib.

Assosiasiya rəhbərinin sölərinə görə, cari il üçün bal istehsalını 5000 tona çatdırmaq planlaşdırılır ki, bu da ötən ilin göstəricisindən 66,7 faiz çoxdur.

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlandı

2018-ci il ərzində Azərbaycanı ziyarət etmiş xarici vətəndaşların sayı 2017-ci illə müqayisədə, 153 min nəfər və ya 6 faiz artaraq, 2,8 milyona çatıb. 

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2019” sərgisində çıxışı zamanı bildirib.