02 April 2019

Bayram Məmmədov işgəncələrə məruz qaldığını açıqladı - Video

Aprelin 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə gənc fəal, “heykəl məhbusu” Bayram Məmmədovun Sabunçu rayon Məhkəməsinin 30 mart tarixli qərarından (İnzibati Xətalar Məcəlləsinin 535.1- ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə ittiham olunaraq 30 sutka müddətinə həbs edilib) verilən apellyasiya şikayətinə baxılıb. Prosesdə Bayram Məmmədovun özü (məhkəməyə əli qandallı gətirilib) və vəkili Elçin Sadıqov,media və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Hüseyn Abdullayevlə birgə təqsirləndirilən sərhədçilər ev dustaqlığına buraxılıb

Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Paşinyan Azərbaycandan yeni torpaq istəyir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müdafiə naziri David Tonoyanın Azərbaycanla yeni ərazilər uğrunda müharibə istəyi barədə bəyanatını təsdiqləyib

"Sputnik" portalına istinadən verilən məlumata görə, Ermənistanın müdafiə  nazirinin bəyanatına münasibət bildirən Paşinyan,  "Əgər Tonoyan başqa bir şey desəydi, onu tutduğu vəzifədən azad edərdim", - deyib.

Bu yollarda xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-32 km-lik hissəsində, həmçinin sözügedən yolun 81-ci km-dən ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun 89-116 km hissəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq.