01 April 2019

Bakıda ağır çəkili şəxsi evdən FHN çıxarıb

Bakıda ağır çəkili şəxsi evdən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Müavinət və təqaüdlərin artımı qüvvəyə mindi

Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı bu gündən qüvvəyə minib.

Rakurs.tv xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır

Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə yaxın vaxtlarda başlanılacaq.

 

Bunu “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.

 

Onun sözlərinə görə, müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq və yerli tələbatın ödənilməsi ilə yanaşı, qonşu ölkələrə ixracı da nəzərdə tutulur.