13 March 2019

Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinin tapşırığını yerinə yetirərək Novruz bayramı ərəfəsində müəyyən humanitar aksiyalar təşkil edir. Newscenter.az Dövlət Komitəsinə istinadən xəbər verir ki, martın 11-də Füzuli rayonunda yaşayan məcburi köçkün ailələrdən olan məktəblilərə Dövlət Komitəsi tərəfindən gödəkçə və ayaqqabı paylanılıb.