11 March 2019

`Microsoft` Azərbaycan üçün süni intellekt strategiyası hazırlayacaq

Prezident İlham Əliyevin Davosda (İsveçrə) “Microsoft” şirkətinin vitse-prezidenti, eyni zamanda Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bellə görüşündə süni intellektlə bağlı strategiyanın hazırlanması müzakirə edilib.

 

Bunu “Microsoft Azerbaijan”ın rəhbəri Sərxan Həşimov bildirib. 

 

Paşinyan işğal altındakı Qarabağa gəlib - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğl altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib. Rakurs.tv bildirir ki, bu barədə "news.am" saytı məlumat yayıb.

Paşinyanı səfər zamanı arvadı Anna Akopyan müşaiyət edir.  Baş naziri daşıyan helikopter Xankəndindəki hava limanına edib.  Onu qondarma rejimin rəhbəri Bako Saakyan qarşılayıb.

Şəhid hərbçimiz dəfn olundu - FOTO

Martın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd pozucuları ilə baş vermiş silahlı insident zamanı şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Fizuli oğlu dəfn edilib.

 

Daşkəsən rayonundan həqiqi hərbi xidmətə çağırılmış hərbçimiz Göygöl rayonu Yeni Qızılca kənd qəbiristanlığında torpağa tapşırılıb. 

 

Bakıda doğuş zamanı əkiz uşaqlar ölüb

Bakıda körpə ölümü baş verib.

 

Hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib. Uşaqların hər ikisi doğuş zamanı ölüb.

 

Baku Medical Plazadan ONA-ya bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.

 

Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ONA)

Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

 

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

 

Görüşdə Bakıda səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

 

NİDA əməliyyatına rəhbərlik edən MTN polkovnikinə niyə 14 il həbs verilib?

“NİDA” Vətəndaş Hərəkatının üzvlərinin həbsindən 6 il keçdi. Altı il öncə 2013-cü il martın 7-də “NİDA” üzvlərinin həbsi başladı.

Təşkilatın üç nəfər ən gənc üzvü – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məhəmməd Əzizov MTN əməkdaşları tərəfindən həbs olundu. İki gün sonra onların MTN-də çəkilmiş videoları telekanallarda yayıldı.

ATƏT-in Minsk qrupu: ‘Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır’

ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.

Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydığı bəyanatında deyilir.

Əfv Komissiyası: “Bu həftə əfv sərəncamının imzalanacağı gözlənilir”

Prezident yanında Əfv Məsələləri Komissiyası martın 6-da 2019-cu il üçün iclaslarını yekunlaşdırıb. 

Bu barədə Modern.az xəbər yayıb. Komissiyadan verilən məlumata görə, iclaslarda hüquq müdafiəçiləri, Ombudsman, Milli Məclis və digərlərindən daxil olan 1000-dən çox müraciətə baxılıb

Məlumata görə, müraciətlər əsasında müvafiq arayışlar hazırlanıb, əfv olunacaq insanların siyahısı hazırlanıb.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Martın 9-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 42 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

 

Martın 17-də buraxılış imtahanı keçiriləcək

Martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imta

Azərbaycanın İranla səhədində silahl insident baş verib

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları tərəfindən İran-Azərbaycan sərhədində silahlı şəxslərin qarşısı alınıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin (Bakıdan 299 kilometr cənub-qərb) yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib.

Yeni kanalın açılması üzrə sənəd qəbulu başlayıb

Bu gündən Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yeni ümumrespublika xəbər kanalının açılması üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başlayıb.

 

Sənəd qəbulu martın 11-dən aprelin 11-dək davam edəcək. 

 

Müsabiqə Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursu üzrə aparılır.

IX sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax, Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 39700 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.