09 March 2019

Nyu-York prokurorluğu Gülnarə Kərimovanı 865 milyon dolların yuyulmasında ittiham edir

Nyu-York prokurorluğu Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimovanı və onun ortağı, “Uzdunrabita” (Rusiyanın MTS Telekommunikasiya Şirkətinin Özbəkistandakı ofisi) Məhdud Məsuliyyətli Cəmiyyətinin keçmiş rəhbəri Behzod Əhmədovu rüşvətxorluqda, həmçinin 865 milyon dolların yuyulmasında ittiham edir.