08 March 2019

İki hərbçimiz qar uçqununa düşüb - Nazirlik açıqladı

Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Rakurs.tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

ABŞ-ın yeni səfiri Bakıda - “...Həvəslə gözləyirəm”

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Li Litsenberger martın 7-də ölkəmizə gəlib.

Rakurs.tv AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibə verən diplomat, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, ABŞ səfiri kimi səlahiyyətlərinin icrasına başlamağı, mədəniyyətimizlə tanış olmağı, habelə xalqlarımız və ölkələrimiz arasında əlaqələri dərinləşdirməyi və gücləndirməyi həvəslə gözləyir.