07 March 2019

8 Martla bağlı yürüş etmək istəyənlərə XƏBƏRDARLIQ EDİLDİ

Bakı şəhər Baş Polis İdarəsi feministlərə xəbərdarlıq edib.

Bakı şəhər Baş Polis İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zorakılığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.