05 March 2019

Azərbaycanda ana və körpə ölümlərinin statistikası açıqlanıb

Azərbaycanda 2018-ci ildə körpə və ana ölümünə dair göstəricilər açıqlanıb.

Bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2016-cı ildə respublikada körpə ölümü göstəricisi 11,4 promilli, 2017-ci ildə 11,1 promilli idisə, 2018-ci ildə bu göstərici dəyişməyərək eyni səviyyədə qalıb.