04 March 2019

“İqbal Ağazadə evlərin sənədləri üçün 160 min manat pul vermişdi”

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin zərərçəkən qismində tanındığı cinayət işi üzrə məhkəmə araşdırması bağlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılan isə Sərməs Tağıyevdir. İqbal Ağazadənin 160 min manat pulunu ələ keçirməkdə ittiham olunan S.Tağıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb.

Timoşenkonun Rusiya ilə bağlı gözlənilməz qərarı

Ukraynanın sabiq baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko prezident seçkilərində qələbə qazanacağı təqdirdə Rusiya ilə  münasibətlərin normallaşması istiqamətdə danışıqların bərpasının leyhinə çıxış edir. 

 

Rakurs.tv "Faktxeber"ə istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti "Batkivşina" partoyasındakı mənbələrə istinadən yazlr.

 

İran XİN Paşinyanın səfəri zamanı ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirib

“Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.

 

Operativ.tv-nin məlumatına görə, bunu ONA-nın Tehran müxbirinə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

 

Azərbaycandan çıxarılan 5 milyardın sahibi Eldar Mahmudov olub

Bir müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi gündəmdədir. Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co.