01 March 2019

Bakıda Cəfər Cabbarlının ev muzeyi sökülür, yerində bina tikiləcək – Foto

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov bir müddət əvvəl muzeyin sökülüb yerində yüksəkmərtəbəli binanın tikiləcəyi ilə bağlı açıqlama verib. Rəsminin açıqlamasında bildirilir ki, 1998-2005-ci illər ərzində nazirliyin və Baş İdarənin məlumatı və razılığı olmadan muzeyə məxsus tikililər və torpaq sahəsi ədibin ailə üzvlərinin adına özəlləşdirilib.

“Quş qripi” ilə bağlı monitorinqin nəticələri

“Quş qripi” xəstəliyinə görə fevralın 28-dən başlayan növbəti monitorinq bu gün, yəni martın 1-də başa çatıb. Monitorinq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Bu gündən minimum əmək haqqı 180 manat, pensiya isə 160 manat olur

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə bu gündən ölkəmizdə minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılır.

Gültəkin Hacıbəyliyə qarşı təxribat

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyliona qarşı olan son təzyiqlərlə bağlı facebook səhifəsində məlumat verib. G.Hacıbəyli yazır: “Bu barədə yazmaq istəməsəm də, dostların təkidilə yazıram. Həm də ona görə yazıram ki, Azərbaycan hakimiyyətinin daxilində mərkəzdənqaçma meyillərinin nə dərəcədə ciddi olduğunu və hakimiyyətdən qopmaların an məsələsi olduğunu anlayasınız.

Problemli kreditlərlə bağlı məhkəmə işləri geri çəkilir

Borc yükünün şərtlərinin yüngülləşdirilməsi 17 min manat və 10 min dollaradək olan problemli kreditləri əhatə edir və bunların borc yükü 900 milyon manata yaxındır. Borc yükünün üzərinə hesablanan faizlər isə 750 milyon manatdır. Toplam indiki vəziyyətə vətəndaşların borc yükü 1 milyard 650 milyon manat təşkil edir.