09 February 2019

“Bakubusun avtobusları 3 piyadanı vurub, 1 ölü, 2 yaralı var

“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb. Hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb. 

“Bakubus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

BMT: Camal Qaşıqçı Səudiyyə rəsmiləri tərəfindən planlı şəkildə vəhşicəsinə öldürülüb

Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayəti istintaqını icra edən Birləşmiş Millətlər Təşkilatının qanunsuz edamlar üzrə xüsusi məruzəçisi Agnes Callamard ötən həftə Türkiyədə də davam etdirdiyi işləriylə əlaqədar açıqlama verib.

İyun ayında hesabat hazırlanacaq

Erməni ordusu həftə ərzində atəşkəsi 176 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 03-09 fevral tarixlərində atəşkəs rejimini 176 dəfə pozub.

Təkcə ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.