07 February 2019

Taleh Bağırovun həyat yoldaşı: “Zülmə son qoyun” - Video

“Taleh Bağırovun hazırki durumu ilə bağlı məlumatımız yoxdur. O artıq bir həftədir ki, zəng etmir. İşgəncələrlə bağlı yayılan məlumatlar isə həqiqətdir. Yalnız Taleh Bağırova deyil, Cabbar Cabbarova, Abbas Hüseynə və son zamanlar Qobustan həbsxanasındakı 700 məhbusa da bu əziyyətlər şamil olunub. Əlbəttə, bu, halları qınayırıq və pisləyirik.”

Aynur Sofiyeva: `Ailə institutu deformasiyaya məruz qalıb`

“Ailədəki problemlərin kökü araşdırılmalıdır. Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, ailə institutu deformasiyaya məruz qalıb”.

 

Bunu Bakıda “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən konfransda Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

 

Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb

Bakıda qadını döyərək planşetini əlindən alan şəxs saxlanılıb.

 

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın fevralın 6-da günorta saatlarında M.Həsənov küçəsində bir nəfərin onu döyərək planşetini əlindən aldığını bildirib.

 

Cahangir Hacıyev ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetla

DİM qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək.

 

Mərkəzdən verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.

 

`Bakı Telefon Rabitəsi`nin əmlakını oğurlayan şəxslər həbs edilib

Son zamanlar “Bakı Telefon Rabitəsi” MMC-nin (BTR) strukturuna daxil olan 4 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazilərində MMC-nin balansındakı kabel-kanal quyularına (KKQ) müdaxilə və oğurluq halları qeydə alınır.

 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyindən bildirilib.

 

Bakıda iki azyaşlı valideynlər tərəfindən atılıb - VİDEO

Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib. Təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir. 

 

Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.

 

Meşə meyvələri ilə bağlı qərar ləğv edilib

Azərbaycan Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında”  Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilib və 5 nömr

Azərbaycan İslam Partiyası bəyanat verdi

Azərbaycan İslam Partiyası Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə və birliyin fəal üzvü Abbas Hüseynin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı tipli həbsxanasında ağır işgəncələrlə üzləşdikləri barədə məhbus ailələrinin verdiyi məlumatlardan çıxış edərək vicdan məhbuslarına qarşı yol verilən əməllərə etiraz bəyanatı yayıb.

 

Fevralın 7-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 7 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

 

Mərkəzi Bankdan verilən məlumata görə, fevralın 7-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 1,9316 manat təşkil edir.