04 February 2019

`London taksiləri` ilə bağlı narazılıqlara RƏSMİ münasibət

Bakıda son illərdə ictimai nəqliyyatda xidmət səviyyəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülsə də, bu sahədə hələ də bir sıra problemlər qalmaqdadır. Bu, həm sərnişin avtobuslarına, həm də taksi xidmətinə aiddir. Sərnişinlər, xüsusilə taksi xidmətindən narazılıqlarını bildirirlər. Bu narazılıq həm qiymət, həm gecikmələr, həm də xidmət səviyyəsinin aşağı olmasından irəli gəlir.

 

Bakıda qeyri-adi parklanma - FOTO

Bakıda avtomobillərin səhv yerdə parklanması halları müşahidə olunmaqdadır. 

 

Faktxeber.com məlumat verir ki, “Mclaren” markalı avtomobil Neftçilər prospekti ilə Dənizkənarı bulvar ərazisinin kesişdiyi ərazidə müşahidə olunub. Bu azmış kimi avtomobilin sahibi yol xüsusi konuslarla əhatə edib. 

 

 

 

Ötən iki gündə 44 cinayətin üstü `isti izlər`lə açılıb

Ötən iki gün ərzində daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 44 cinayətin üstü “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

 

Nazirlikdən növbəti pensiya AÇIQLAMASI

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, pensiya təyinatının elektron infrastrukturu qurularaq, cari ilin əvvəlindən ölkəmizdə pensiyaların elektron qaydada təyinatına başlanılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yanvar ayında artıq 3 mindən çox şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub. 

 

Fərqlənmə nişanı almış sərnişin avtobuslarının sayı 2 mini keçib

İndiyə qədər Bakıda sərnişin daşınmasına cəlb edilmiş 500 avtobus "Bakıkart" sisteminə qoşulub. 

 

Rakurs.tv bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir. 

 

Qurum fərqlənmə nişanı almış avtobusların sayını da açıqlayıb və bu rəqəmin 2 055 olduğunun bəyan edib. Bunlardan 1 090-ı şəhərdaxili, 965-i isə şəhərətraflı avtobuslardır.