02 February 2019

Abbas Hüseynin “Tubzon”a aparıldığı deyilir

Müsəlman Birliyi Hərəkatının üzvü, gənc fəal Abbas Hüseynin Kürdəxanı təcridxanasından çıxarıldığı bildirilir.

Vurğulanır ki, o Qobustan həbsxanasında aparılmır.

Bu barədə Rakurs.tv-yə onun ailə üzvləri məlumat veriblər.

“Abbas Hüseyn soruşub ki, məni Qobustana aparırsınız? Cavabında deyiblər ki, yox. Bizə başqa mənbə dedi ki, Abbası “Tubzon”a aparıblar”, - deyə ailə üzvləri bildiriblər.

Martda Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN rəhbərlərinin görüşü olacaq

Martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN rəhbərlərinin dördtərəfli görüşü olacaq. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Aİ Şurasında Rumıniyanın sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

O qeyd edib ki, görüş "Xəzər dənizi -Qara dəniz" nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.

ABŞ fələstinlilərə edilən bütün yardımları dayandırdı

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi Qərbi Şəriə, Qəzza və İordaniyada yaşayan fələstinlilərə edilən bütün yardımların dayandırıldığını açıqlayıb.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən verilən açıqlamada Fələsti hökumətinin istəyi ilə belə bir qərar alındığı vurğulanıb.